Türkiyə klubunun yeni baş məqşçisi açıqlandı

Türkiyənin "Kayserispor" komandasının yeni baş məşqçisi müəyyənləşib.

Sportline.az "NTV Spor"a istinadən xəbər verir ki, komanda Bülent Uyguna tapşırılıb. Bu barədə Kayseri şəhərinin bələdiyyə sədri Memduh Büyükkılıç məlumat verib. Onun müqaviləsinin detalları açıqlanmayıb. 

Qeyd edək ki, Bülent Uygun son olaraq Qətərin "Əl-Qarafa" və "Əl Rayan" komandalarında işləyib. "Kayserispor"a namizədlər arasında "Sabah"dan təklif alan Ümit Özat da olub.