Türkiyə kubokunun ikinci finalçısı da məlumdur

Futbol üzrə Türkiyə kubokunda 1/2 final mərhələsi başa çatıb.

Sportline.az xəbər verir ki, "Alanyaspor" öz meydanında "Antalyaspor"a qalib gələrək finala yüksəlib.

Oyun meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Qeyd edək ki, "Alanyaspor", finalda, "Trabzonspor"la üz-üzə gələcək.