Türkiyə millisinin Dünya çempionatındakı oyununun vaxtı dəyişdirilib

Futbol üzrə Türkiyə millisinin DÇ:2026-da keçirəcəyi oyunlardan birinin başlama saatı dəyişib.

Sportline.az xəbər verir ki, Paraqvay kollektivi ilə görüş iyunun 20-də, Bakı vaxtı ilə saat 07:00-da başlanacaq.

Qarşılaşmanın daha əvvəl saat 08:00-da başlaması planlaşdırılmışdı.

Xatırladaq ki, Türkiyə millisi iyunun 14-də Bakı vaxtı ilə saat 08:00-da Avstraliya ilə, 26-da, saat 06:00-da ABŞ ilə qarşılaşacaq.