Türkiyə Monteneqroya, Fransa Finlandiyaya qarşı

Bu gün DÇ-2022-nin seçmə mərhələsinə yekun vurulacaq.

Sportline.az xəbər verir ki, 10-cu turda son oyun günündə D, E, və G qruplarında ümumilikdə 7 görüş keçiriləcək. Bununla da Avropadan final mərhələsinə və pley-offa vəsiqə qazanan son komandalar bəlli olacaq.

D qrupunda 2-ci yer uğrunda mübarizə aparan Finlandiya millisi Fransanı qəbul edəcək. Qrupun digər oyununda Ukrayna seçməsi Bosniya və Herseqovinanın qonağı olacaq. Aleksandr Petrakovun rəhbərlik etdiyi kollektiv pley-offa adlamaq üçün səfərdə qələbə qazanmaqla yanaşı, finlandiyalıların xal itirməsini gözləməlidir.

E qrupunda final mərhələsinə birbaşa yollanacağı dəqiqləşən Belçika səfərdə Uelslə qarşılaşacaq. Çexiya yığması isə evdə Estoniya ilə üz-üzə gələcək. Uels və Çexiya kollektivləri qrupda 2-ci yer uğrunda mübarizə aparsalar da, UEFA Millətlər Liqasından pley-offa vəsiqəni təmin ediblər.

G qrupunda olacaq 20 xalla qrupa başçılıq edən Niderland millisi evdə Norveçi sınağa çəkəcək. Digər matçda isə Türkiyə seçməsi səfərdə Monteneqro ilə qarşılaşacaq. 

DÇ-2022, seçmə mərhələ
10-cu tur
16 noyabr

D qrupu

23:45. Finlandiya - Fransa

23:45. Bosniya və Herseqovina - Ukrayna

1

Fransa

7

4

3

0

16

3

15

2

Finlandiya

7

3

2

2

10

8

11

3

Ukrayna

7

1

6

0

9

8

9

4

Bosniya və Herseqovina

7

1

4

2

9

10

7

5

Qazaxıstan

8

0

3

5

5

20

3

E qrupu

23:45. Uels - Belçika

23:45. Çexiya - Estoniya

1

Belçika

7

6

1

0

24

5

19

2

Uels

7

4

2

1

13

8

14

3

Çexiya Respublikası

7

3

2

2

12

9

11

4

Estoniya

7

1

1

5

9

19

4

5

Belarusiya

8

1

0

7

7

24

3

G qrupu

23:45. Cəbəllütariq - Latviya

23:45. Monteneqro - Türkiyə

23:45. Niderland - Norveç

1

Hollandiya

9

6

2

1

31

8

20

2

Türkiyə

9

5

3

1

25

15

18

3

Norveç

9

5

3

1

15

6

18

4

Monteneqro

9

3

3

3

13

13

12

5

Latviya

9

1

3

5

8

13

6

6

Cəbəllütariq

9

0

0

9

3

40

0

Qeyd edək ki, daha əvvəl Avropa zonasından Almaniya, Danimarka, Belçika, Fransa, Xorvatiya, Serbiya, İspaniya, İngiltərə və İsveçrə yığmaları DÇ-2022-yə vəsiqə qazanıb. Pley-off mərhələsində isə hələlik Portuqaliya, İsveç, Şotlandiya, Rusiya, Şimali Makedoniya, İtaliya və Polşa millilərinin çıxış edəcəkləri dəqiqləşib.