Türkiyə Super Kuboku matçının oynanacağı tarix məlum olub

29 dekabr tarixində oynanılması planlaşdırılan və daha sonra tıxirə salınan Super Kubok matçının oynanacağı tarix bəlli olub. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, Türkiyə Futbol Federaassiyası məsələylə bağlı açıqlamada:"Yanvar ayının sonunadək oyunu keçirəcəyik. Amma Super Liqa matçları 1 həftə uzayacaq. Avro 2024 səbəbiylə çempionat mayın 19-da bitəcəkdi. İndi isə 26-da yekun vurulacaq",-deyib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında keçirilməsi gözlənilən matç Mustafa Kamal Atatürkün pankartlarına icazə verilmədiyi üçün təxirə salınıb.