Türkiyə Super liqasının ən dəyərli futbolçusu açıqlanıb
Sentyabr ayından bu yana performansı ilə diqqət çəkən Saşa Boey Türkiyə Super liqasının ən dəyərli futbolçusu seçilib.
Sportline.az Aspor.com.tr-yə istinadla xəbər verir ki, fransalı sağ cinah müdafiəçisi Çempionlar Liqası və Türkiyə Super liqasında göstədriyi performansı ilə Mauro İkardi və Edin Cekonu qabaqlayıb.
Türkiyə Futbol Federassiyası siyahıya 22 milyona avro dəyərlə Saşa Boeyin liderlik ettiyini bildirib. 2-ci pillədə isə 20 milyon avro dəyərlə "Fənərbağça"nın gənc ulduzu Fərdi Kadıoğlu qərarlaşıb.
Qeyd edək ki, Saşa Boey bu mövsüm "Qalatasaray" forması ilə çıxdığ 28 oyunda 2 qolla yadda qalıb.