Türkiyə Superliqası: "Fənərbağça"dan əzmkar qələbə

Türkiyə Superliqasında 2020/2021 mövsümünə start verilib.

Sportline.az xəbər verir ki, ilk turun açılış oyununda "Fənərbağça" "Rizəspor"un qonağı olub. Matç İstanbul klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"Rizəspor" - "Fənərbağça" - 1:2
Qolar:
 Skoda, 59 (1:0), Gökhan Gönül, 76 (1:1), Jose Sosa, 87-pen (1:2)

Qeyd edək ki, ilk turun digər görüşləri, 12, 13, 14, 18 sentyabr tarixlərində keçiriləcək.