Türkiyədən Niderlanda

"Başakşəhər"dən ayrılan Elyero Elianın yeni klubu müəyyənləşib.

Sportline.az xəbər verir ki, niderlandlı vinger karyerasını ölkəsində davam etdirəcək. 33 yaşlı futbolçu Erediviziya təmsilçisi "Utrext"lə 2 illik müqavilə imzalayıb.

İstanbul təmsilçisi Elianı 2017-ci ildə "Feyenoord"dan 1,1 milyon avroya transfer etmişdi. Niderland millisinin keçmiş üzvü "Tvente", "Yuventus", "Hamburq", "Verder", "Sauthempton" kimi klublarda çıxış edib.