Türkiyəli futbolçu İngiltərə Premyer liqasında debüt matçına çıxacaq

Türkiyə millisinin qolkiperi Altay Bayındırın İngiltərə Prmyer liqasında debüt edəcəyi tarix açıqlanıb.

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, Andre Onananın milli komandaya dəvət olunması Altay Bayındırın forma geyinməsinə şans yaradıb. 

"Fənərbağça"dan transfer olunan təcrübəli qolkiper yavar ayının 14-də "Tottenhem"lə görüşdə əsas heyətdə yer alacaq. Altay Bayındır açqılamasında:"Açıqcası həyəcanlıyam və sevinirəm. Burada futbol çox fərqlidir. Hər an, hər şey ola bilər. 4 -0 öndə olsanız da 4-5 hesabı ilə məğlub ola bilərsiniz. Çalışacam ki, Onananın yoxluğunda etimadı doğrulda bilim", - deyib. 

Qeyd edək ki, Altay Bayındır bu mövsüm "Mançester Yunayted"klubuna transfer olunmuşdu.