Türkiyəli qolkiper əsas heyətdə yer alacaq

"Mançester Yunayted"in türkiyəli qolkiperi Altay Bayındır komandanın əsas heyətində yer alacaq. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, 25 yaşlı təcrübəli qolkiper Andre Onananın yoxluğunda "qırmızı şeytanlar"ın şəfərini qoruyacaq. 

Erik Ten Haq Altay Bayındır haqqında danışarkən :"Andre Onananın yerini doldura biləcəyimi çox yaxşı qolkiperlərimiz var. Altaya güvənim sonsuzdur. "Fənərbağça"da göstərdiyi performansı burada daha da yaxşılaşdırdı və əsas heyətdə çıxış etməyə hazırdır",-deyib. 

Qeyd edək ki, Altay Bayındır "Mançester Yunayted" formasıyla 4 oyunda çıxıb və 2 qol buraxıb.