UEFA Avropa Liqası: "Ayaks"-"Beşiktaş" oyununun hakimi məlum olub
UEFA Avropa Liqasının Liqa mərhələsinin ilk turunda "Beşiktaş" səfərdə "Ayaks"la qarşılaşacaq.
Sportline.az UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, Amsterdamda keçiriləcək görüşü ingiltərəli Con Bruks idarə edəcək.
Yan xətt hakimləri Simon Bennet və Daniel Robathan olacaq.VAR hakimi funksiyasını Stuard Atvel icra edəcək.
Qeyd edək ki, sentyabrın 26-da baş tutacaq görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.