UEFA Avropa Liqasında bu gün
UEFA Avropa Liqasının Liqa mərhələsinin I turuna bu gün yekun vurulacaq.
Sportline.az xəbər verir ki, turun ikinci oyun günündə 9 qarşılaşma baş tutacaq.
Azərbaycanlı azarkeşlərin səbirsizliklə gözlədiyi “Tottenhem” - “Qarabağ” matçı ilə yanaşı, maraqlı oyunlardan biri İtaliyada keçiriləcək. “Roma” klubu doğma meydanda İspaniyanın “Atletik” komandasına qarşı oynayacaq.
“Qarabağ”ın rəqiblərindən “Lion”la “Olimpiakos” Fransada üz-üzə gələcəklər. Rumıniya təmsilçisi FCSB evdə Latviyanın RFS komandası ilə görüşəcək. “Ayaks” (Niderland) doğma meydanda “Beşiktaş”ı (Türkiyə), “Malmö”(İsveç) isə “Reyncers”i (Şotlandiya) qəbul edəcək.
UEFA Avropa Liqası
Liqa mərhələsi, I tur
26 sentyabr
20:45. “Fənərbağça” (Türkiyə) - “Yunion” (Belçika)
20:45. “Malmö” (İsveç) - “Reyncers” (Şotlandiya)
23:00. “Roma” (İtaliya) - “Atletik” (İspaniya)
23:00. “Ayaks” (Niderland) - “Beşiktaş” (Türkiyə)
23:00. “Ayntraxt” (Almaniya) - “Viktoriya” (Çexiya)
23:00. “Tottenhem” (İngiltərə) - “Qarabağ”
23:00. “Braqa” (Portuqaliya) - “Makkabi” (Təl-Əviv, İsrail)
23:00. “Lion” (Fransa) - “Olimpiakos” (Yunanıstan)
23:00. FCSB (Rumıniya) - RFS (Latviya)
Qeyd edək ki, UEFA Avropa Liqasında Liqa mərhələsinin II turuna oktyabrın 3-də start veriləcək.