UEFA "Barselona"ya qarşı iş açıb
UEFA "Barselona"ya qarşı intizam işi açıb.
Sportline.az xəbər verir ki, ali futbol qurumu Xose Mariya Enrikes Neqreyranın adının hallandığı rüşvət məsələsi ilə əlaqədar bu işi başlayıb.
İspaniya Futbol Federasiyası Texniki Hakim Komitəsinin sabiq vitse-prezidenti 7,3 milyon avro məblğində rüşvət almaqda ittiham olunur.
Qeyd edək ki, Barselona prokurorluğu da bu məsələ ilə əlaqədar kluba qarşı cinayət işi başladıb.