UFC-də yeni rekord gözlənilir
UFC-nin yarımağır çəkidə çempionu Aleks Pereyra tezliklə yarışın rekordunu qıra bilər.
Sportline.az xəbər verir ki, braziliyalı idmançının ardıcıl 3-cü dəfə titulunu qorumaqla buna nail olmaq imkanı var.
Hazırda bu nəticə UFC-nin amerikalı qadın sabiq çempionu Ronda Rouziyə məxsusdur.
O, 189 gün ərzində 3 dəfə çempion kəməri uğrunda görüşləri qələbə ilə bitirmişdi.
Aleks Pereyra oktyabrın 7-də Xəlil Rauntri ilə döyüşdə 175 günlük vaxt kəsimi ilə bu göstəricini qırmağa çalışacaq.