UFC: Volkanovski Lopezi məğlub edib

Aprelin 12-dən 13-nə keçən gecə Mayamidə (ABŞ) qarışıq döyüş növləri üzrə UFC 314 turniri baş tutub.

Sportline.az xəbər verir ki, əsas mübarizə titulun keçmiş sahibi Aleksandr Volkanovski ilə bu çəki dərəcəsində aparıcı döyüşçülərdən biri Dieqo Lopes arasında yüngül çəkidə çempionluq kəməri uğrunda olub.

Döyüş bütün beş raund davam edib və yekdil qərarla Volkanovskinin qələbəsi ilə başa çatıb.

Volkanovski MMA-da 27 qələbə və 4 məğlubiyyətə imza atıb. Lopesin hesabında isə 23 qələbə və 7 məğlubiyyət var.

Qeyd edək ki, Volkanovski çempionluq kəmərini geri qaytarıb.