DÇ 2022: Ukrayna mundiala gedə bilmədi
Bu gün DÇ-2022-yə Avropa zonası üzrə sonuncu vəsiqənin sahibi müəyyənləşib.
Sportline.az xəbər verir ki, pley-off mərhələsinin final oyununda Uels və Ukrayna milli komandaları qarşılaşıb. Kardiff şəhərindəki "Kardiff Siti" stadionunda keçirilən görüşdə Uels 1:0 hesabı ilə qalib gələrək 64 ildən sonra tarixində 2-ci dəfə mundiala vəsiqə qazanıb. Komanda DÇ-2022-nin B qrupunda İngiltərə, İran və ABŞ-a rəqib olub.
Qeyd edək ki, UEFA Ukraynadakı müharibə səbəbindən yarımfinal və final görüşlərinin vaxtını dəyişmişdi.
Xatılradaq ki, DÇ-2022 noyabrın 21-dən dekabrın 18-dək davam edəcək.
5 iyun
DÇ-2022, pley-off mərhələsi, final
20:00. Uels - Ukrayna - 1:0
Qol: Yarmolenko, 34-avtoqol
Baş hakim: Mateu Laos (İspaniya)
Kardiff. "Kardiff Siti" stadionu