Ukrayna, yoxsa, Uels?

Bu gün DÇ-2022-də Avropa zonası üzrə sonuncu vəsiqənin sahibi müəyyənləşəcək. 

Sportline.az xəbər verir ki, pley-off mərhələsinin final görüşündə Uels və Ukrayna milli komandaları üz-üzə gələcək. Kardiff şəhərindəki "Kardiff Siti" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Qeyd edək ki, UEFA Ukraynadakı müharibə səbəbindən yarımfinal və final görüşlərinin vaxtını dəyişmişdi. Ukrayna yarımfinalda Şotlandiyaya 3:1 hesabı ilə qalib gəlib.

DÇ-2022

Pley-off mərhələsi, final

5 iyun

20:00. Uels - Ukrayna

Baş hakim: Mateu Laos (İspaniya)

Kardiff. "Kardiff Siti" stadionu