Məşhur məşqçi Rusiyanı tərk edib
Məşhur ukraynalı məşqçi Anatoli Timoşuk Rusiyanı tərk edib.
Sportline.az xəbər verir ki, bu haqda ABŞ-li futbol məşqçisi Dennis Lükens məlumat paylaşıb.
Onun "Zenit"də işini davam etdirməsi Vətənində ciddi qınaq və sanksiyalarla qarşılanmışdı.
Ötən il Ukrayna ərazisində PRO dərəcəsi ləğv olunan Timoşuk qazandığı bütün titullardan da məhrum edilmişdi.
Qeyd edək ki, futbolçu kimi 2007-2009 və 2013-2015-ci illərdə "Zenit"in şərəfini qoruyan ukraynalı iki dəfə Rusiya çempionu və UEFA kubokunun qalibi olmuşdu. Son illərdə o, Rusiya klubunda köməkşi-məşqçi kimi çalışırdı.