Ukraynalı qapıçı "Real Madrid"i tərk etmək niyyətindədir

"Real Madrid"in qapıçısı Andrey Lunin komandanı tərk etmək istəyir.

Sportline.az Marca.com-a istinadla xəbər verir ki, 25 yaşlı qapıçı klub rəhbərliyinin yeni müqavilə təklifini rədd edib.Onun hazırki müqaviləsi 2025-ci ildə başa çatacaq.

Xəbərdə bildirilir ki, Lunin bu qərarı Çempionlar Liqasının finalından sonra alıb.Qapıçı həmin oyunda ehtiyyat oyunçular skamyasında yer almışdı.

Qeyd edək ki, Lunin ötən mövsüm "Kral klubu"nun heyətində 31 oyunda 32 qol buraxıb.