Umut Nair "Fənərbağça"da qalmaq istəmir

"Fənərbağça" klubunun 30 yaşlı hücumçusu Umut Nair komandadan ayrılmaq qərarına gəlib. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, türkiyəli futbolçu komandanın baş məşqçisi İsmail Kartalla görüşərək "Fənərbağça"dan icarə əsasında ayrılmaq üçün icazə istəyib. 

Futbolçu təcrübəli mütəxəssisə :" AVRO-2024-də milli komandada oynmaq istəyirəm. Bunun üçündə əsas heyətdə çıxış edə biləcəyim komandaya getməyim daha uyğundur",-deyib. 

Qeyd edək ki, "Ümraniyəspor" klubu futbolçunu 1 illik icarə əsasında transfer etmək istəyir.