Uruqvaylı qolkiper keçmiş klubuna qayıda bilər
Uzun illərdir "Qalatasaray"ın şərəfini qoruyan uruqvaylı qolkiper Fernando Muslera keçmiş klubuna qayıda bilər.
Sportline.az Sabahspor.com-a istinadla xəbər verir ki, 37 yaşlı təcrübəli qolkiper "Qalatasaray"la yeni müqavilə imzalamayacağını açıqlayıb.
Türkiyə mediası Fernando Musleranın keçmiş klubu "Nasional"a dönəcək.
Qeyd edək ki, Fernando Muslera 2011-ci ildən "Qalatssaray"ın şərəfini qoruyu.