Uşu Federasiyasında məşqçilərin seminarı
Azərbaycan Uşu Federasiyası respublika məşqçilər seminarı təşkil edib.
Sportline.az xəbər verir ki, seminara Bakı və rayonlardan 32 məçqçi qatılıb. Seminarın məqsədi məşqçilərin təcrübələrinin artırılması, onların qaydalardakı yeniliklərlə və ilkin tibbi yardım üsulları ilə tanış edilməsidir.
Seminara uşu üzrə 6-cı Duan, Muaytay üzrə 14-cü Xan sahibi Azər Həsənsoy, uşu yığma komandasının böyük məşqçisi Baharəddin Səlimov, gənclərin baş məşqçisi Elçin Eminov rəhbərlik edib.