Usik MMA döyüşünə çıxa bilər
Boks üzrə ağırçəkili mütləq dünya çempionu Aleksandr Usik pərəstişkarlarını yeniliklə sevindirmək niyyətindədir.
Sportline.az xəbər verir ki, ukraynalı idmançı MMA qaydaları ilə döyüşə çıxa bilər.
Bu haqda onun onun ilk məşqçisi Sergey Lapin məlumat verib.
"Aleksandr həmişə özündən güclülərlə döyüşmək həvəsində olub. Boksda öz sözünü dedikdən sonra onu MMA-da görmək maraqlı olardı. Ceyk Polla MMA qaydaları ilə döyüş ideyası var", - deyə Lapin "All Out Fighting" portalına açıqlamasında bildirib.