Van Bisseki İngiltərə klubları transfer etmək istəyir
"İnter"in almaniyalı futbolçusu Yann Bissek İngiltərə klublarının maraq dairəsinə düşüb.
Sportline.az "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, Yann Bissek üçün "İnter" 40 milyon avro tələb edir.
24 yaşlı stoperlə "Mançester Yunayted", "Tottenhem" və "Vest Hem Yunayted" yaxından maraqlanır.
Qeyd edək ki, Yann Bissek bu mövsüm çıxış etdiyi 40 matçda 2 qol 3 asistlə yadda qalıb.