Vesley London klubuna keçir
"Roma"nın futbolçusu Vesley karyerasını "Çelsi"də davam etdirə bilər.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Ekrem Konur məlumat yayıb.
22 yaşlı oyunçu ötən mövsüm meydana çıxdığı 39 matçda 5 qol, 2 asistlə yadda qalıb.
Qeyd edək ki, Vesleyin dəyəri 40 milyon avrodur.