Viktor Valdes "Orta"ya keçdi

"Barselona"nın keçmiş qapıçısı Viktor Valdesin yeni iş yeri müəyyənləşib.

Sportline.az xəbər verir ki, 38 yaşlı veteran qapıçı İspaniyanın 4-cü divizion təmsilçisi "Orta"nın baş məşqçisi təyin olunub.

Keçmiş qapıçı son olaraq "Barselona"nın U-19 komandasını çalışdırıb.