"Villareal" 41 yaşlı futbolçu ilə yollarını ayırıb

La Liqa komandalarında "Villareal" təcrübəli qapıçısı Pepe Reina ilə yollarını ayırdığını açıqlayıb.

Sportline.az xəbər verir ki, bu barədə klubun rəsmi hesabı məlumat yayıb.

Reina 2022-ci ildən İspaniya klubunun şərəfini qoruyurdu.

Qeyd edək ki, ispaniyalı qapıçı "Villareal"da çıxış etdiyi dövr ərzində 44 dəfə komandasının qapısını qoruyub.