"Vilyarreal" heyətini müdafiəçi ilə gücləndirib
"Vilyarreal" klubu "Mançester Yunayted"in futbolçusu Villi Kambvalanın transfer etdiyini açıqlayıb.
Sportline.az Marca.com-a istinadla xəbər verir ki, 20 yaşlı Fransa gənclər komandasının futbolçusu İspaniya klubu ilə 2029-cu ilin yayına qədər müqavilə imzalayıb.
Kambvala 2020-ci ildən "Mançester Yunayted"də çıxış edirdi.O, ötən mövsüm "qırmızı-şeytanlar"ın heyətində bütün turnirlər daxil olmaqla 10 oyuna çıxıb.
Qeyd edək ki, gənc müdafiəçi 2020-ci ildə Fransanın "Soşo" klubundan "Mançester Yunayted"ə 4 milyon avroya transfer olunmuşdu.