"Vilyarreal" yeni transferi reallaşdırdı

"Vilyarreal" heyəti gücləndirmək istiqamətində daha bir addım atıb.

Sportline.az xəbər verir ki, İspaniya təmsilçisi "Bazel"in ən yaxşı bombardiri Tyerno Barrini transfer edib.

Bu haqda klubun rəsmi səhifəsində məlumat yayılıb.

21 yaşlı futbolçu ilə 2029-cu ilədək müqavilə bağlanılıb.

"Vilyarreal"ın bu futbolçu üçün 14 milyon avro ödədiyi bildirilir.