Vinisiusu təhqir edənlər azadlıqdan məhrum olundu

"Real"ın futbolçusu Vinisius Junioru irqçi şüarlarla təhqir edən "Valensiya" fanatları həbs olunublar.

Sportline.az xəbər verir ki, sözügedən azarkeşlər 8 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Bu haqda ESPN məlumat yayıb.

Məhkəmənin qərarına əsasən həmin fanatlar həmçinin, iki il stadionlara buraxılmayacaqlar.

Xatırladaq ki, braziliyalı futbolçu La Liqanın oyununda rəqib komandanın irqçi təhqirlərinə məruz qalmışdı.