"Vulverhempton"da ayrılıq yaşana bilər
"Vulverhempton"un əlcəzayirli futbolçusu Rayan Ait-Nuri mövsümün sonunda klubdan ayrıla bilər.
Sportline.az jurnalist Con Persinin məlumatına istinadən xəbər verir ki, İngiltərə klubu Ait-Nurini satmaq istəyir.
23 yaşlı müdafiəçinin hazırkı dəyəri "Transfermarkt" portalına görə, 35 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, Ait-Nuri cari mövsüm çıxış etdiyi 38 matçda 5 qol 7 məhsuldar ötürmə müəllifi olub.