Xabi Alonso “Çelsi”yə “Arsenal”ın keçmiş futbolçusunu istəyir
"Çelsi” klubu “Sanderlend”ın yarımmüdafiəçisi Qranit Cakanın transferi üçün ilk addımı atıb.
Sportline.az xəbər verir ki, London təmsilçisi isveçrəli futbolçuya görə 30 milyon avroluq təklif təqdim edib və transferdən əl çəkmək niyyətində deyil.
Bu haqda insayder Fabrizio Romano məlumat yayıb.
"Çelsi”nin yeni baş məşqçisi Xabi Alonso bu transferin reallaşmasını şəxsən istəyib. Klub rəhbərliyi də onun istəyinə uyğun olaraq ilk rəsmi təklifi göndərib.
Bundan əlavə Xabi Alonso və Qranit Caka daha əvvəl Almaniyanın “Bayer" klubunda birlikdə uğurlu dövr keçiriblər. Məhz bu amilin transferin gerçəkləşməsində mühüm rol oynadığı bildirilir.
Qeyd edək ki, Caka keçən ilin yayından “Sanderland”ın formasını geyinir.
O ötən mövsüm 36 görüşdə meydan olub, 1 qol və 6 assitlə yadda qalıb.
Müqavilə müddəti 2028-ci ilədək qüvvədədir.