Xavi PSJ-ni aşağıladı

"Barselona"nın baş məşqçisi Xavi komandanın Çempionlar Liqasının 1/4 finalındakı çıxışı ilə bağlı düşüncələrini bölüşüb.

Sportline.az xəbər verir ki, o, uğursuzluğa baxmayaraq PSJ-dən üstün olduqlarını vurğulayıb.

"Taktiki cəhətdən biz PSJ-ni üstələdik. Bu, hər iki qarşılaşmaya aiddir. Arauxonun qırmızı vərəqə alması işləri korladı. Daim qələbə qazanmaq çətin məsələdir. Amma, bu təcrübə işimizə yarayacaq. Düşünürəm ki, gələn mövsüm daha yaxşı mübarizə aparacağıq", - deyə Xavi "RMC Sport" fikrini açıqlayıb.

Xatırladaq ki, ilk oyunda 3-2 hesabı ilə qalib gələn "Barselona" cavab matçında 1-4 hesablı məğlubiyyətlə mübarizəni dayandırmışdı.