Xorvatiyalı futbolçu "Trabzonspor"dan ayrıla bilər
"Trabzonspor"un icarə əsasında transfer etdiyi xorvatiyalı futbolçusu Tonio Tekliç komandadan ayrıla bilər.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçinin ötən gecə "Trabzonspor"un bazasını meneceri ilə birliktə tərk etdiyi bildirilib.
Tonio Tekliç əsas heyətdə yer ala bilmədiyi üçün şikayətlənib və komandadan ayrılmaq qərarına gəlib.
Qeyd edək ki, mövsümün əvvəlində transfer olunan Tonio Tekliç "Trabzonspor" formasıyla cəmi 6 oyunda meydana çıxıb.