Yamal PSJ-ə transferi ilə bağlı xəbərlərə aydınlıq gətirdi
"Barselona"nın yarımmüdafiəçisi Lamin Yamalın adı PSJ ilə hallanmaqdadır.
Sportline.az xəbər verir ki, istedadlı futbolçu bununla bağlı məsələyə aydınlıq gətirib.
O, X sosial şəbəkəsindəki hesabında bu xəbərə gülüş işarəsi ilə reaksiya verib.
Qeyd edək ki, 16 yaşlı futbolçunun yay transfer pəncərəsində 200 milyon avro müqabilində PSJ-yə keçəçəyi bildirilirdi.
"Barselona"nın yetirməsi olan Yamalın 2026-cı ilədək klubla müqaviləsi var.