Yeni transferin forma nömrəsi müəyyənləşdi

“Barselona”nın yeni transferi Serdjino Dest forma nömrəsi seçimini edib.

Sportline.az xəbər verir ki, 19 yaşlı müdafiəçi Kataloniya klubunda 2 nömrəli forma ilə çıxış edəcək.

Bunadək 2 nömrəli formanı “Vulverhempton”a icarəyə getmək üçün razılaşdığı haqda məlumatlar yayılan Nelson Semedu geyinirdi.

Qeyd edək ki, S.Dest La Liqa təmsilçisi ilə 5 illik müqavilə imzalayıb.