Yeni ulduzdan bəd xəbər
"Barselona"nın futbolçusu Ansu Fati sol dizindəki menisk yırtığından əməliyyat olunub.
Sportline.az klubun saytına istinadən xəbər verir ki, əməliyyatın uğurlu keçdiyi bildirilib. 18 yaşlı oyunçunun təxminən 4 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Qeyd edək ki, Fati La Liqanın 9-cu turunda "Betis"lə matçda (5:2) zədələnmişdi.