Yılmaz Vural koronavirusa qalib gəldi

Bir neçə gün öncə kütləvi şəkildə koronavirusa yoluxan Türkiyənin “Akhisarspor” klubunun kollektivi növbəti dəfə testdən keçirilib.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, sonuncu analizlər nəticəsində baş məşqçi Yılmaz Vural və 3 futbolçunun koronavirusdan sağaldığı müəyyənləşib. Onların testlərinin nəticəsi neqativ çıxıb.

Xatırladaq ki, “Akhisarspor”un kollektivi iyunun 21-də “Altay”la oyun öncəsi koronavirus testindən keçmiş və 12 nəfərdə virus aşkar edilmişdi.