Yunanıstanlı futbolçu "Panatinaykos"un təklifini qəbul etməyib
Yunanıstanlı futbolçu Anastasios Bakasetas "Panatinaykos" klubunun təklifini geri çevirib.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, Fatih Terimin istədiyi 30 yaşlı hücumçu Türkiyə Superliqasında qalmaq istədiyini və "Trabzonspor"da xoşbəxt olduğunu bildirib.
Anastasios Bakasetas Türkiyə Siper liqasını Yunanıstan liqasından üstün tutub və "Trabzonspor"dan ayrılacağı təqdirdə yalnız Almaniya, İngiltərə və İspaniya liqalarında oynaya biləcəyini deyib.
Qeyd edək ki, Anastasios Bakasetas bu mövsüm "Trabzonspor"la çıxdığı 16 oyunda 5 qol, 2 məhsuldar ötürməylə yadda qalıb.