"Yunayted" "Siti"yə elçi düşüb

"Mançester Siti"nin ingiltərəli futbolçusu Ceyms Makate mövsümün sonunda klubdan ayrıla bilər.

Sportline.az "The Sun Football"a istinadən xəbər verir ki, "Mançester Yunayted" Makateni transfer etmək üçün hərəkətə keçib.

22 yaşlı futbolçunun transfer qiyməti 25 milyon avro olaraq təyin olunub.

Qeyd edək ki, Makate bu mövsüm çıxış etdiyi 25 matçda 7 qolla yadda qalıb.