"Yuventus" hücumçusu ilə vidalaşır
"Yuventus" serbiyalı forvardı Duşan Vlahoviçlə bağlı qərar verib.
Sportline.az "Gazzetta dello Sport"a istinadən xəbər verir ki, Turin klubu Vlahoviçi satmaq niyyətindədir.
"Qoca sinyora" 25 yaşlı futbolçu üçün ən azı 40 milyon avro tələb edir.
Qeyd edək ki, Vlahoviç bu mövsüm meydana çıxdığı 43 matçda 16 qol 5 asistlə yadda qalıb.