“Yuventus” ukraynalı futbolçu üçün hərəkətə keçib

"Yuventus" "Şaxtyor"un ukraynalı futbolçusu Georgiy Sudakov üçün rəsmi təklif göndərib.

Sportline.az jurnalist Ben Yakopsun məlumatına istinadən xəbər verir ki, Turin klubu bu keçid üçün qarşı tərəfə 35 milyon avro ödəməyə hazırdır.

22 yaşlı futbolçunun "Şaxtyor"la müqaviləsi 2028-ci ilin dekabr ayına qədərdir.

Qeyd edək ki, Sudakov cari mövsüm çıxış etdiyi 35 matçda 13 qol 6 asistlə yadda qalıb.