"Yuventus"un hədəfində italiyalı futbolçu var
"Yuventus" "Nyukasl Yunayted"in italiyalı futbolçusu Sandro Tonalini heyətinə qatmağı düşünür.
Sportline.az "Tv Play"ə istinadən xəbər verir ki, Tonali üçün "Nyukasl" 70 milyon avro tələb edir.
24 yaşlı yarımmüdafiəçinin İngiltərə klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Tonali cari mövsüm çıxış etdiyi 41 matçda 5 qol 3 asistlə yadda qalıb.