Zidan 200-ə çatmaq üzrədir

Sabah La Liqada “Eybar”a qarşı keçiriləcək matç “Real”ın baş məşqçisi Zinəddin Zidan üçün əlamətdar olacaq.

Sportline.az İspaniya mətbuatına istinadən xəbər verir ki, fransalı mütəxəssis “Kral klubu”nda məşqçi kimi 200-cü oyununa çıxacaq. Bununla da o, “Real”ı matçlara ən çox çıxaran üçüncü mütəxəssis olacaq. İlk iki yeri Miqel Munyos (605 oyun) və Visente del Boske (236) tutur.

Qeyd edək ki, Zidanın rəhərliyi altında keçirdiyi 199 matçda “Real” 131 qələbə qazanıb, 42 oyunda heç-heçə edib, 26 dəfə isə uduzub. Komanda bu müddətdə 3-ü Çempionlar Liqasının kuboku olmaqla 10 titul qazanıb.