Zidan seçimini açıqladı

Zinəddin Zidanın oğlu Luka Zidan milli komanda ilə bağlı suala aydınlıq gətirib.

Sportline.az xəbər verir ki, müqavilə ilə "Real"a məxsus olan, hazırda isə icarə əsasında İspaniya "Rasinq"inin formasını geyinən 22 yaşlı qapıçı, Əlcəzair millisində oynayacağını açıqlayıb.

Qeyd edək ki, Luka Zidan, Fransanın gənclərdən ibarət komandalarında oynasa da, əsas milliyə dəvət almayıb.

Bu mövsüm "Rasinq"in heyətində Sequndada 29 oyun keçirən qolkiper, qapısından 37 top buraxıb.

 
Banner