Zidanın oğlu 29 yaşında karyerasını bitirə bilər
"Real" Madridin sabiq yarımmüdafiəçisi Enzo Zidan futbolçuluq karyerasını bitirməyə yaxındır.
Sportline.az Soccer.ru-ya xəbər verir ki, 29 yaşlı futbolçu artıq 1 ildir ki klubsuzdur. Onun sonuncu komandası aşağı liqa komandalarında "Fuenlabrada" olub.
Enzo ehtimal olunur ki, yaxın vaxtlarda karyerasını bitirəcəyini açıqlayacaq.
Qeyd edə ki, Enzo Zidan bütün karyerası ərzində 203 oyuna çıxıb və 14 qol, 23 asistlik performans göstərib.