Zidanın oğlu İspaniya ikinci liqasında

Yarımmüdafiəçi Teo Zidan karyerasını Sequndada davam etdirəcək.

Sportline.az Marca-ya istindla xəbər verir ki, 22 yaşlı futbolçu "Kordoba" klubuna transfer olunub.

Tərəflər arasında 2 illik müqavilə imzalanıb.

Gənc futbolçu bundan əvvəl İspaniyanın "Kastelyon" komandasında çıxış edib.

Qeyd edək ki, "Kordoba" klubu ötən mövsümün Sequndaya vəsiqə qazanıb.