"Zirə" - "Hayduk" görüşünün vaxtı bilindi

“Zirə”nin UEFA Konfrans Liqasının ll təsnifat mərhələsində “Hayduk”la (Xorvatiya) görüşünün vaxtı müəyyənləşib.

Sportline.az xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb.

Qarşılaşma iyulun 23-də "Neftçi Arena"da keçiriləcək.

Cavab oyunu isə iyulun 31-də Split şəhərindəki "Polyud" stadionunda olacaq.