“Zirə” Ruan Renato ilə müqavilənin müddətini uzadıb

“Zirə” klubu futbolçusu Ruan Renato ilə müqavilənin müddətini uzadıb.

Sportline.az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Yeni sözləşməyə əsasən, braziliyalı oyunçu 2027-ci ilin yayına qədər “qartallar”ın şərəfini qoruyacaq.

Qeyd edək ki, Ruan Renato 2023-cü ildən “Zirə”nin formasını geyinir.