11 ildən sonra "Barselona"nı tərk edir
"Barselona"nın müdafiəçisi Jordi Alba mövsümün sonunda klubu tərk edəcək.
Sportline.az xəbər verir ki, bu haqda Mundo Deportivo nəşri məlumat yayıb.
İspaniyalı futbolçunun bu gün mətbuata rəsmi açıqlama verməsi gözlənilir.
Mayın 28-də isə o, və Serxio Buskets "Nou Kamp"da "Barselona" azarkeşləri ilə vidalaşacaq.
Qeyd edək ki, Alba Kataloniya klubunda keçirdiyi 11 mövsümdə 458 oyuna çıxıb.